Cəmiyyət

Rus bölməsində müəllim çatışmazlığı var - VİDEO

21 Aprel 2022 14:54
1 Şərh     Baxış: 1 148
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Orta və ali məktəblərdə rus bölməsi üzrə müəllim çatışmazlığı var.Filologiya üzrə fəlsəfə doktoru, təhsil texnoloqu Şəmil Sadiq belə deyib. Onun sözlərinə görə, son 7 ildə rus bölməsində təhsil alanlarxeyli çoxalıb. Ancaq bu artım müəllim sayında özünü göstərməyib. Yəni rus bölməsi üzrə yeni siniflərin artması ilə paralel olaraq fənn müəllimlərinin qıtlığı yaranır. Şəmil Sadiqin fikrincə, kadr çatışmazğına səbəb olan amillərdən biri də Ali təhsil müəssisələrində bu istiqamətlərdə plan yerlərinin az ayrılmasıdır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, təhsil texnoloqu deyir ki, müəllim çatışmazlığı problemi rus bölməsində təhsil alanların bilik səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bunu son illərin nəticələrindən də görmək mümkündür. 

Şəmil Sadiq rus bölməsi üzrə  ən çox müəllim çatışmazlığının Riyzaiyyat fənni üzrə yarandığınıbildirir.

Təhsil eksperti Səbuhi Abdullayev isə deyir ki,  kadr çatışmazlığına səbəb olan amillərdən biri də rus bölməsini bitirən abituriyentlərin pedoqoji ixtisaslara maraq göstərməmələridir. 

Ekspertlərin sözlərinə görə hazırda xaricdə təhsil alan tələbələr arasında rus bölməsinin məzunlarıda kifayət qədərdir.Bu da gələcəkdə sözügedən istiqamətdə kadr çatışmazlığının aradan qaldırılmasına kömək edə bilər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.