Türkiyədə Azərbaycan Tapşırıq Qrupu Komandanlığının koordinasiyası ilə həyata keçirilən "Komando təməl kursları" və "Təxminat təlimləri" davam edir.
Milli.Az verir ki, bu barədə Tükiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, hərbçilərimizin iştirakı ilə keçirilən təlimlər barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tviter hesabında məlumat verilib.
Məlumatda bildirilir ki, Azərbaycan Tapşırıq Qrupu Komandanlığının koordinasiyası ilə davam edən "Komando əsas kursları" və "Təxminat təlimləri" çərçivəsində beş Azərbaycan briqadasında "Uzaq məsafəyə müqavimət yürüşləri" həyata keçirilib.
Milli.Az