Cəmiyyət

Bakı-Sumqayıt şosesində yol qəzası baş verib - FOTO

7 Aprel 2022 08:22
0 Şərh     Baxış: 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesinin paytaxt istiqamətində olan hissəsində baş verib.

"Opel" markalı nəqliyyat vasitəsi yüksək sürətlə eyni istiqamətdə hərəkətdə olan "Vaz-2106" markalı maşına çırpılıb. Zərbənin gücündən "VAZ-2106" deformasiyaya uğrayıb. Qəza nəticəsində "Opel"in sürücüsü müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.