Cəmiyyət

Tələbə qəbulu qaydalarında dəyişiklik ediləcək

5 Aprel 2022 07:33
0 Şərh     Baxış: 2 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ali təhsil və orta ixtisas təhsili müəssisələrində əlavə təhsilə qəbul qaydaları təkmilləşdiriləcək, müvafiq qəbul prosesi elektronlaşdırılacaq.

Bu "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planında öz əksini tapıb.

Tədbirlər Planına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində əlavə təhsilə qəbul prosesi ilə bağlı mövcud vəziyyət təhlil edilməli və qiymətləndirilməli, qəbul prosesində şəffaflığın təmin edilməsi məqsədilə müvafiq layihələr hazırlanmalı, proses elektronlaşdırılmalı, sonda qaydalar təkmilləşdirərək bu sahədə qəbul edilən normativ hüquqi aktların icrası təmin edilməlidir.

Əsas icraçılar Dövlət İmtahan Mərkəzi, Təhsil Nazirliyi, digər icraçılar isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.