Cəmiyyət

Göyçayda ev yanıb, xəsarət alan var

2 Aprel 2022 21:22
0 Şərh     Baxış: 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay rayonunda mənzildə yanğın hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, saat 19:30 radələrində rayonun Mirzəhüseynli kənd sakini, 1942-ci il təvəllüdlü Əhmədov Yaqub Əhməd oğluna məxsus evdə yanğın başlayıb.

Ümumi sahəsi 130 kvadrat metr sahəsi olan 3 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin 114 kvadratmetrlik hissəsi və içəridəki əşyalar yanaraq yararsız hala düşüb.

Hazırda yanğınsöndürənlər hadisə yerindədir, alovun qarşısı alınıb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Hadisə zamanı evdə olan 80 yaşlı Yaqub Əhmədov bədənin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb. O, Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.