Cəmiyyət

Bakıda qəzaya düşdü, qolu kəsildi

2 Aprel 2022 08:22
0 Şərh     Baxış: 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı beş nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Qala qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobil "Mercedes" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza zamanı körpə olmaq bir ailənin 4 üzvü - 2019-cu il təvəllüdlü Ağaməliyeva Mələk Dadaş qızı, 1988-ci il təvəllüdlü Ağaməliyev Kamal Tofiq oğlu, 1992-ci il təvəllüdlü Ağaməliyev Dadaş Tofiq oğlu və 1996-ci il təvəllüdlü Ağaməliyeva Xatirə Rəsul qızı müxtəlif dərəcəli bədın xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı 1961-ci il təvəllüdlü İmanov Nadir Kərim oğlu isə ağır xəsarət alıb.

O, xəstəxanaya çatdırlıb. N.İmanovun sol qolu amputasiya edilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.