Cəmiyyət

Nehrəmdə uçan məktəb yenidənqurmadan əvvəl... - FOTO

31 Mart 2022 23:19
0 Şərh     Baxış: 9 221
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün Naxçıvan MR Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri zamanı binanın bir hissəsi uçub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, uçqunla bağlı xəbərlər fonunda məktəbin yenidənqurmadan öncəki şəkilləri gündəmə gəlib.

Sosial şəbəkə istifadəçiləri məktəbin feysbuk hesabındakı fotolara istinad edərək, onun yaxşı vəziyyətdə olduğunu bildiriblər.

Məktəbin təmirdən öncəki şəkillərini təqdim edirik:

Qeyd edək ki, uçqun nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Dağıntılar arasından daha bir nəfərin cəsədi aşkar edilərək çıxarılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.