Cəmiyyət

Rusiya istehsalı olan avtomobillər hara yoxa çıxır? - VİDEO

29 Mart 2022 13:54
0 Şərh     Baxış: 1 208
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın avtomobil bazarında son günlər durğunluq yaşanır. Xüsusən Rusiya istehsalı olan avtomobillərin həm satışında, həm də alışında azalma müşahidə olunur. Vaxtı ilə bu ölkədən gətirilən və hazırda ikinci əl kimi satışa çıxarılan nəqliyyat vasitələrinin də qiymətində nəzərçarpacaq dəyişiklik olmasa da, alıcı qıtlığı var.

Milli.Az Xəzər TV-yə istinadənn xəbər verir ki, avtomobil satışı ilə məşğul olan şəxslər son dövürlərdə Rusiyadan gətirilən yeni avtomobillərin də sayının  azlıq təşkil etdiyini bildirirlər. Buna isə hazır ki Rusiya-Ukrayna müharibəsi, həmçinin  pandemiya və digər amillər səbəb olub.

Satıcılar deyirlər ki, Rusiya istehsalı olan yeni avtomobillərin bir çoxunda sürətlər qutusu mexaniki olur. Həmçinin kondisionerinin olmaması və metal konustruksiyasının zəif hazırlanması da satışın azalmasına səbəb olan amillərdir. Elə alıcılar da ödədikləri pulun müqabilində daha keyfiyyətli və komfortlu avtomobil almağa çalışırlar.

Satıcılar onu da əlavə etdilər ki, paytaxt bazarı ilə müqayisədə Sumqayıt və rayon bazarlarında Rusiya istehsalı olan avtomobillər üstünlük təşkil edir. Qeyd edək ki, Avropa və Amerikadan gətirilən avtomobillər də bahalaşıb. Buna səbəb karqo qiymətlərinin artmasıdır. Bu avtomobillərin də alıcıları xeyli azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.