Cəmiyyət

Günün yuxuyozması

15 Mart 2012 06:00
2 Şərh     Baxış: 21 264
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.

Ağrı - Yuxuda ağrı hiss etmək - yaxın günlərdə sevinməyə, kimisi incitmək - axmaqlığa, qarında ağrı - axmaq bir hərəkət edəcəyinizə, gözdə ağrı - yaxınlardan kiminsə xəstələnməsinə, qulaqlarda ağrı - pis xəbərlərə, diş ağrısı - əziz bir adamınızın sizin zəhlənizi tökəcəyinə, ayaqlarda ağrı - planların həyata keçməyəcəyinə işarədir.

Odun - Bir şələ odun - işlər yolunda getmir, sevdiyiniz bir şəxslə aranızda mübahisə düşəcək deməkdir. Odun şələsini bağlamaq - kimsə xoşagəlməz bir işi üstünüzə atacaq. Odun yandırmaq - ziyan vermək, odun qırıntıları, qamqalaq - kədər deməkdir.  

Gecikmək - yuxuda gecikdiyinizi görürsünüzə, deməli, real həyatda tənbəlliyiniz sizə ziyan vuracaq. Qatara gecikirsinizsə - insanların düşüncəsiz hərəkətləri sizi qıcıqlandıracaq. Yuxuda heç özünüz də bilmədiyiniz bir yerə möhkəm gecikdiyinizi görürsünüzsə, üzərinizə çox böyük məsuliyyət götürmüsünüz, istirahət etmək zamanıdır. Gənc qadın yuxuda sevgilisinin görüşə gecikdiyini görürsə, deməli, hisslərini bir daha sınaqdan keçirməlidir.

Samovar - Kənd evində samovar qaynadıldığını görürsünüzsə, deməli, təbii həyat tərzinə, istirahətə  ehtiyacınız var. Yuxuda samovar çayı içirsinizsə, ev rahatlığı arzunuz gerçəkləşəcək. Samovara düşmüş əksinə baxmaq - bəzi istəklərinizi özünüzə də etiraf edə bilmirsiniz.

Kəpənək - Otluqda, güllər üstə kəpənək - işlərdə irəliləyişlərə, qanuni olaraq nəyisə əldə edəcəyinizə, uçuşan kəpənəklər - uzun müddət görmədiyiniz dostlarınızdan xoş xəbərlər alacağınıza işarədir. Gənc qadın üçün belə yuxu - xoşbəxt, nikaha doğru aparan sevgi deməkdir. Ağ kəpənk - xəstələnəcək və bunda başqasını günahlandıracaqsınız. Kəpənək tutmaq - sevgidə uğurdur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.