Cəmiyyət

Xarkovda ölüm xəbəri yayılan Samir sağdır - FOTO

6 Mart 2022 00:03
2 Şərh     Baxış: 5 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın Xarkov şəhərində vəfat etdiyi xəbəri yayılan azərbaycanlı sürücülərdən biri - Tahirov Samir Sürəddin oğlunun yaşadığı məlum olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, S.Tahirovun ölümü ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bildirilib ki, Masallının Miyankü kəndindən olan sürücü yaşayır və bu gün ailə üzvləri ilə görüntülü danışıb.

Qeyd olunub ki, hazırda xəstəxanada olan S.Tahirovun səhhəti normaldır.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) dünən Ukraynanın Xarkov şəhərində yaralanan azərbaycanlı sürücü Tahirov Samir Sürəddin oğlunun vəfat etməsi ilə bağlı xəbər yaymışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.