Cəmiyyət

Hərbçimiz Şuşada həlak oldu - YENİLƏNİB - RƏSMİ

4 Mart 2022 09:57
2 Şərh     Baxış: 6 010
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

09:57

Martın 3-ü hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

----------

03.03.2022
22:34

Azərbaycan Ordusunun hərbçisi qəzada ölüb.

Milli.Az bildirir ki, hadisə Şuşada qeydə alınıb. Ordumuzun əsgəri, 20 yaşlı Kazımov Vüsal Vüqar oğlu qəzaya düşməsi nəticəsində həlak olub.

Əsgərin əmisi oğlu Kənan Kazımov bildirib ki, yaxın saatlarda mərhumun cənazəsi ailəsinə təhvil veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.