Cəmiyyət

Gələn aydan Bakı-Şarm Əl-Şeyx reysi açılır

23 Fevral 2022 18:24
0 Şərh     Baxış: 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martdan etibarən Bakıdan Şarm Əl-Şeyxə birbaşa reys açılacaq.

Milli.Az xəbər verir ki, bunu "report"a Misirin Azərbaycandakı səfiri Adel İbrahim deyib.

Məlumata görə, reyslər ilk olaraq həftədə bir dəfə baş tutacaq, daha sonra isə həftədə iki dəfəyə çatdırılacaq.

Qeyd edək ki, reyslərin "Boeing 757-200" təyyarələri ilə 3,5 saat müddətində həyata keçiriləcəyi gözlənir.

Xatırladaq ki, Bakı-Şarm Əl-Şeyx reysi 2019-cu ilin yayında "SCAT Airlines" aviaşirkəti tərəfindən açılıb. Daha sonra isə pandemiya səbəbindən reys dayandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.