Cəmiyyət

Vətəndaşın ödədiyi cərimə sistemdən niyə silinmir? - VİDEO

16 Fevral 2022 17:30
0 Şərh     Baxış: 1 116
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sürücünün ödədiyi cərimə sistemdən silinməyib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Saatlı rayonu, Çolpu kənd sakini Eyvaz Şahbazov iddia edir ki, ötən ilin dekabr ayında minik avtomobili ilə hərəkətdə olarkən Sabirabad rayonu ərazisində YPX əməkdaşı ona "saxla" əmri verərək, avtomobilinin ödənilməmiş cəriməsi olduğunu bildirib. Polis əməkdaşı vətəndaşa ödəməli olduğu cərimə protokolunun seriya nömrəsini də təqdim edib. Eyvaz Şahbazov da bu protokol əsasında 12 manat cəriməni ödəmə terminalı vasitəsilə ödəyərək qəbzini götürüb.

Eyvaz Şahbazov iddia edir ki, cərimə ödənilib, lakin adında olan borc silinməyib. Üstəlik, üzərinə faiz də gəlib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, hazırda idarənin mərkəzi məlumat bazasında vətəndaşın adına ödənilməmiş 16 manatlıq cərimə görünür. Odur ki vətəndaş cəriməni ödədiyi ödəmə terminalı ilə əlaqə saxlamalıdır. Çünkü ödənilmiş olan məbləğ hələ də sistemə ötürülmədiyindən vətəndaşın adında cərimə görünür.

Ödənişin həyata keçirildiyi "E-manat" ödəmə terminalından isə bildirildi ki, vətəndaş ödəməni tam yerinə yetirmədiyi üçün adında cərimə görünür. Ona görə də vətəndaş əvvəlcədən ödəmiş olduğu məbləğə əlavə olaraq 4 manat da ödədiyi halda, onun adına olan cərimə sistemdən silinəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.