Sabirabadda dəm qazından zəhərlənmə qeydə alınıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Çığırğan kənd sakini, 1991-ci il təvəllüdlü Soltanov Əslan Yusif oğlu vanna otağında dəm qazından zəhərlənib.
O, ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra vəziyyəti ağır olduğundan Bakı şəhərindəki Toksikoloji Mərkəzə yola salınıb.
Milli.Az