Sabirabad sakini dəm qazından zəhərlənib

15 Fevral 2022 21:37

Sabirabadda dəm qazından zəhərlənmə qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Çığırğan kənd sakini, 1991-ci il təvəllüdlü Soltanov Əslan Yusif oğlu vanna otağında dəm qazından zəhərlənib.

O, ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra vəziyyəti ağır olduğundan Bakı şəhərindəki Toksikoloji Mərkəzə yola salınıb.

Milli.Az