Cəmiyyət

Müəllimi təhqir edən məktəb direktoru işdən çıxarıldı

15 Fevral 2022 21:31
0 Şərh     Baxış: 2 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmiraslanova tutduğu vəzifədən azad olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlum videogörüntü ilə bağlı məsələ araşdırılıb və Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəbin direktoru Əmiraslanova Vəfa Əmiraslan qızı tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, bir qədər əvvəl Göygöl rayonunda yerləşən Kəlbəcər rayon 111 saylı tam orta məktəbdə məktəb direktoru və müəllim arasında baş verən mübahisə ilə bağlı videogörüntülər yayılıb. Video orta məktəbin ibtidai sinif müəllimi İslam Əliyev tərəfindən çəkilib. Görüntülərdə məktəbin direktoru Vəfa Əmiraslanova adıçəkilən müəllimi təhqir edib. Yayılan videoya münasibət bildirən direktor isə deyib ki, görüntülər məqsədli şəkildə çəkilib və montaj olunduqdan sonra yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.