Cəmiyyət

Güclü külək beş kəndi işıqsız qoydu

5 Fevral 2022 19:57
0 Şərh     Baxış: 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Güclü külək Qax rayonunda bir sıra fəsadlara səbəb olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, günorta saatlarından əsən güclü külək rayonun beş kəndini işıqsız qoyub.

Belə ki, rayonun Alatəmir kənd ərazisində iri gövdəli qoz ağacının elektrik xəttinin üzərinə aşması nəticəsində xətlərə ciddi ziyan dəyib.

Hal-hazırda Qax rayon Elektrik Şəbəkəsinin əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

Verilən məlumata görə, yaxın saatlarda elektrik enerjisinin verilməsi bərpa olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.