Cəmiyyət

Dünyada və Azərbaycanda "qaranlıq turizmi"

4 Fevral 2022 03:02
1 Şərh     Baxış: 814

20 Yanvar - milli azadlıq fədailərinin anma günündə "Şəhidlər Xiyabanını" ziyarət mənəvi bir borcdur. Bir vaxtlar Çəmbərəkənd qəbirstanlığı adını daşımış bu ərazi hazırda 20 Yanvar və ölkəmizin ərazi bütövlüyü uğrundan canından keçən şəhidlərimizin dəfn edildiyi və Azərbaycan xalqı üçün böyük mənəvi dəyəri olan bir yerdir. 

Bu cür yerləri dünyada "Qara turizm, qaranlıq turizmi və hüzn turizmi" kimi bir anlayışda birləşdirən "Dark turizm"in nə olduğunu birlikdə araşdıraq.

"Dark turizm" anlayışı ilk dəfə 1996-cı ildə Qlazqo Kaledoniya Universitetinin müəllimləri Con Lennon və Malcolm Foley tərəfindən təqdim edilib. Bu. yaxın və ya uzaq keçmişdə ölüm və kədərin baş verdiyi yerlərə edilən səfərlərə aiddir.

Dark turizm simvolik və ya real ölüm anlarına səyahətdir. Bu turizmin istifadəçiləri də az deyil. 
Qara turizmin qədim dövrlərə gedib çıxdığı təxmin edilir, ilk nümunələri olaraq fironların məzarlarına ziyarətlər göstərilir.

Turistləri qaranlıq turizmə sürükləyən səbəblərə nəzər salsaq, ölüm hadisələrinə maraq, mərhuma verilən dəyər, böyük fəlakətlər və s. vəziyyətlərdən yarana bilər. Bəzən keçmiş ağrı və kədər də səyahətə səbəb ola bilər.

AZƏRBAYCANDA DARK TURİZM

Təəssüflər olsun ki, Azərbaycan milli müstəqilliyi və çoxəsirlik tarixi boyunca böyük faciələr yaşayıb. Xüsusən də çar Rusiyası tərəfindən işğal olunduqdan sonra milli, mədəni abidələri, tarixi, müqəddəs yerləri məhv edilmək təhlükəsi ilə üzləşib. Ermənilərin Qafqaza köçürülməsindən sonra isə azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirilib.

Bugün ölkəmizdə "dark turizmi" ilə bağlı xeyli kütləvi məzarlıqlar, faciələrə şahidlik etmiş məkanlar var. Azərbaycan Dövlət Turizm Agentliyinin turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məmməd Muradovun sözlərinə görə, "dark" turizmi yəni qaranlıq turizmi üzrə Ağdam, Füzuli və Cəbrayılın böyük potensialı var. 

Ağdam - erməni işğalının nəticəsi

Eyni zamanda, Qarabağda erməni terroru nəticəsində azərbaycanlıların öldürüldüyü və kütləvi şəkildə basdırıldığı məkanlar tədqiq edilərək gələcəkdə "dark turizmin" siyahısına salına bilər.  

Hazırda dark turizmi kimi xaricdən ölkəmizə gələn turistlər arasında erməni vəhşiliyinin bir nümunəsi olan Qubadakı kütləvi məzarlığı, Göy-göl rayonundakı "əsir almanların məzarlığı"nı ziyarət etmək istəyənlər az deyil. 

Yerli turistlər arasında 1937-ci il represiyasına məruz qalaraq Nargin adasında güllələnən "azərbaycanlı aydınların" saxlanıldığı həbsxananı ziyarət etmək də qaranlıq turizminin nümunəsidir.  

Nargin həbsxanası

TÜRKİYƏDƏ DARK TURİZMİ

SİNOP HƏBSXANASI

Bir vaxtlar"Anadolu Alkatrazı" kimi göstərilən tarixi Sinop həbsxanası Türkiyənin qaranlıq turizmi üçün əhəmiyyətli bir yer yerdir. Bu həbsxana üzərində aparılan araşdırmalara görə, o, təxminən dörd min il əvvəl Gaskalılar tərəfindən tikilib və divarlar arasında yerləşir. Rəsmi olaraq 1887-ci ildə zindan kimi istifadə edilməyə başlanılıb və böyük hadisələrə şahidlik edib. 1999-cu ildən muzey kimi Dark Turizm mərkəzi kimi istifadə edilir. 
 

Sinop həbsxanası

DÜNYADA DARK TURİZM

Çernobıl

1986-cı il aprelin 24-də Ukraynanın Pripyat şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş partlayış bəşər tarixində ən böyük ekoloji fəlakətlərdən biri kimi qiymətləndirilir. On minlərlə insanın həyatını itirdiyi bu partlayışdan sonra şəhər tamamilə boşaldılıb. Şəhərə ekskursiyalar hələ də təşkil olunur.

Çernobıl

AUSCHWITZ əsir düşərgəsi

Bu, İkinci Dünya Müharibəsi zamanı Avropa yəhudilərinə qarşı faşistlərin qurduğu əsir düşərgələrinin ən böyüyüdür. Qeydə alınan məlumata görə, burada 1 milyondan çox insan öldürülüb. Bu gün çoxlu sayda ziyarətçi qəbul edir.

AUSCHWITZ ƏSİR DÜŞƏRGƏSİ

POMPEİ

İtaliyanın Compania bölgəsində yerləşən qədim Roma şəhəridir. 2000 il əvvəl bu ərazidə vulkan püskürməsi olub və bütün şəhər illərlə kül içində qalıb. 17-ci əsrdə qazıntılara başlanılıb və qədim şəhər aşkar edilib. Bu gün İtaliyanın mütləq ziyarət edilməli yerlərindən biridir.

POMPEİ

XİROSİMA

İkinci Dünya Müharibəsi zamanı Yaponiyanın Xirosima şəhərinə atom bombası atıldı. Onun təsiri illərlə davam etdi. İnsanları yaralayıb, hətta öldürüb. Bombanın atıldığı yerə çox yaxın olan Qubernatorluq "Atom Bombası Qübbəsi" adı ilə sərgi sahəsinə çevrilib. Bu bina da YUNESKO-nun mühafizəsi altındadır.

XİROSİMA

BERLİN DİVARI

İkinci Dünya Müharibəsindən sonra şəhər 28 il şərq və qərb Berlin olaraq iki yerə bölündü. Hazırda Almaniyanın ən əhəmiyyətli turizm mərkəzlərindən biridir.

Bu divar şəhərin o biri tərəfinə keçmək istəyənlər üçün az qala ölüm meydanına çevrilib. Divar 1989-cu ildə söküldü, lakin bu gün sülh sözləri ilə bu ərazi hələ də ziyarətçiləri qəbul etməyə davam edir.

AviaTravel

Turizm və aviasiya haqqında daha çox məlumat - www.aviatravel.az

İllik 14.5%-dən 30 000 manat zaminsiz komissiyasız kredit

Şərh yaz:

1 Şərh:

  • Anonim
    asi · 4 Fevral 10:3600

    Maraqlı məqalədir..Nargin həbsxanasını mən də görmək istərdim..Belqradda işgəncə muzeyi var, onu da bu siyahıya salmaq olardı..İşgəncə növlərinə və alətlərinə baxmaq mümkin deyil..Adam izlədikcə təsəvvürü dəhşət yaradır..İnsanların vəhşi ideyalarının o cür inkişafına şok olursan..Niyə görəsən birinə əzab vermək üçün elə vahiməli işgəncə üsulları fikirləşiblər??..Kimin beyninin məhsullarıdır o “ texnikaları” icad etmək??..Birini ya öldür, ya həbs et, amma insanlığa sığmayan şəkildə əzab vermək nədir??..Ermənilərin Xocalıdakı işgəncə üsullarına aid də muzey açmaq lazımdır..Belə muzeylər dünya təcrübəsində var..Tək danışmaqla yox, həm də obrazlı şəkildə əyani vasitələrlə göstərmək lazımdır ki, insanlar daha ətraflı və dəqiq məlumatlansın..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics