Cəmiyyət

“Səhhətim pisdir, həkim olsaydı, məni sağaldardı” - Tağı Əhmədov

1 Fevral 2022 22:48
5 Şərh     Baxış: 2 388
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"1,5 ildən artıqdır ki, ayaqlarım tutulub".

Milli.Az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında "Bakı metropoliteni"nin sabiq rəisi Tağı Əhmədov deyib.

Keçmiş rəis səhhətinin çox pis olduğunu bildirib:

"İlyarımdır yeriyə bilmirəm. Bilmirəm, nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu "Miyelit"dir (onurğa-beyin iltihabı)".

Tağı Əhmədov vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb:

"Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.