Avropa Azərbaycan Məktəbi: Britaniya Şurası və Azərbaycan Müəllim İnkişaf Mərkəzi arasında IELTS qeydiyyatına dair tərəfdaşlıq Sazişi imzalanıb - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünən Britaniya Şurası və Azərbaycan Müəllimlərin İnkişafı Mərkəzi (AMİM) arasında IELTS imtahanlarının hazırlanması və təşkili sahəsində əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq üzrə saziş imzalanıb.
AMİM-in inzibati binasında keçirilən imzalanma mərasimində Avropa Azərbaycan Məktəbinin direktoru Dr. Françesko Bançini, Britaniya Şurasının Azərbaycan üzrə direktoru cənab Fransis Qardener-Trexo, təhsil prosesi ilə məşğul olan dövlət qurumlarının, Universitetlərin və KİV nümayəndələri iştirak etdilər.
Anlaşma memorandumu IELTS imtahanlarının təşkilində keyfiyyətin təminatı sahəsində təcrübə mübadiləsində iki qurumun əməkdaşlıq prinsiplərini əks etdirir ki, buda öz növbəsində AMİM-ın gələcəkdə rəsmi imtahan mərkəzinə çevrilməsinə zəmin yarada bilər.
İmzalanma mərasimində Avropa Azərbaycan Məktəbinin direktoru Dr. Françesko Bançini qeyd etdi ki, rəsmi IELTS qeydiyyat tərəfdaşı statusu AMİM-in Britaniya Şurası ilə birlikdə təşkil edəcəyi təlimlərdə və sınaq imtahanlarında iştirak etməklə AAM-ın tələbələrinə ingilis dili biliklərini təkmilləşdirmək üçün daha yaxşı imkan yaradacaqdır.
Britaniya Şurasının Azərbaycan üzrə direktoru cənab Frensis Qardener-Trexo öz növbəsində vurğuladı ki: "Britaniya Şurası xidmətlərini genişləndirməkdən və Avropa Azərbaycan Məktəbi kimi Azərbaycanın aparıcı təhsil müəssisələri ilə əməkdaşlıq qurmaqdan məmnundur. IELTS üzrə tərəfdaşlığımız indi daha çox tələbəyə fayda verəcək və bu da öz növbəsində Azərbaycan gənclərinin gələcək karyera imkanlarını genişləndirəcəkdir.
Britaniya Şurası Azərbaycanda 1993-cü ildə fəaliyyətə başlamışdır. Biz hər il Azərbaycanda minlərlə tələbə, təhsil işçisi, siyasətçi, alim, tədqiqatçı, təşəbbüskar və sahibkarla əlaqələr qururuq. Bizim fəaliyyətimizin əsas məqsədi ingilis dilinin tədrisi və öyrənilməsi standartlarını təkmilləşdirmək vasitəsi ilə gənclər üçün imkanların yaradılması, və beynəlxalq səviyyədə tanınmış Böyük Britaniya imtahanları vasitəsilə Böyük Britaniyanın Azərbaycanın iqtisadiyyatın inkişafı üçün seçilən tərəfdaş kimi mövqeyləndirilməsidir. "
AMİM-in rəhbəri xanım Rəksanə Məmmədova göstərilən dəstəyə görə bütün tərəfdaşlara minnətdarlığını bildirdi. Xanım Məmmədova qeyd etdi ki, hazırda pandemiya səngimək üzrədir və bunu nəzərə alaraq AMİM öz fəaliyyətini tam miqyasda bərpa etməyi planlaşdırır və Britaniya Şurası ilə müqavilənin imzalanması AMİM-nin bütün maraqlı müştərilərə keyfiyyətli təhsil xidmətləri göstərmək potensialını daha da artıracaqdır.
2014-cü ilin iyun ayında yaradılmış Azərbaycan Müəllim İnkişafı Mərkəzi yerli müəllimlər üçün müasir təhsil metodları üzrə təlimlər təklif edir. AMİM-in təlimçiləri yüksək təhsilli və təşəbbüskar, habelə müasir pedaqogika və təhsil təcrübələrinə malik mütəxəsislərdir.
Azərbaycan Müəllim İnkişafı Mərkəzinin missiyası tədris və öyrənmənin elmi və sənəti sahəsində tədqiqatların aparılması, cəlbedici və məzmunlu pedaqoji yanaşmaların tətbiqi, texnologiyadan səmərəli istifadəsi və təhlillər vasitəsilə təhsil işçilərinin peşə bacarıqlarını zənginləşdirməkdən habelə məktəb rəhbərliyinin və təhsil siyasətinin inkişafına töhfə verməkdən ibarətdir.
Yanvar ayında Avropa Azərbaycan Məktəbinin əldə etdiyi önəmli nailiyyətlərdən biri də ISC Research tərəfindən Beynəlxalq Məktəb Mükafatı oldu.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
XƏBƏR LENTİ
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib





