Cəmiyyət

Bakının mərkəzində yol bu vəziyyətdədir - VİDEO

24 Yanvar 2022 14:56
1 Şərh     Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu küçənin sakinləri,  yaşadıqları ərazinin yollarında  asfalt örtüyünün olmamasından şikayətçidir. Onlar iddia edirlər ki,  bununla bağlı dəfələrlə  aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu, Polad Həşimov küçəsinin yollarında uzun müddətdir ki, asfalt örtüyü yoxdur. Bununla bağlı Xəzər Xəbər-ə müraciət edən sakinlər iddia edirlər ki, məsələ dəfələrlə aidiyyəti qurumların diqqətinə çatdırılsa da, nəticəsi olmayıb.

Sakinlər deyirlər ki, əraziyə çağırdıqları təcili tibbi yardım maşınları yol yararsız olduğundan ya gəlməkdən imtina edirlər, ya da çox gec gəlirlər.

Xətai rayon İcra Hakimiyyətindən bildirildi ki, problem yaxın vaxtlarda aradan qaldırılacaq.

Görünür, 3 ildir səbir edən sakinlərin havaların normallaşmasını gözləməkdən başqa çarələri qalmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.