Cəmiyyət

Yeni tikilən evlərə niyə qaz verilmir? - "Azəriqaz"dan açıqlama - VİDEO

24 Yanvar 2022 14:44
0 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əhali artır, yeni yaşayış massivləri salınır. Yeni salınan məhəllələrin qazlaşması isə bəzən illərlə uzanır. Nəticədə sakinlər uzun müddət istilik sarıdan əziyyət çəkirlər. Göygöl şəhərinin Əhməd Cavad küçəsində də anoloji vəziyyət hökm sürür. "Azəriqaz"dan isə işlərin plan üzrə aparıldığı bildirilir. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, yeni tikilən evlərinə qaz çəkilmədiyindən gah odun almalı, gah da həyətlərindəki meyvə ağaclarını yandırmalı olduqlarını deyirlər. Göygöl şəhərinin genişlənən ərazilərində yeni tikilən evlərin sakinləri illərdir ki, hər qış mavi yanacaqla imtahana çəkilirlər. 

Sakinləri narahat edən odur ki, ətrafdakı bütün küçələrə qaz verilib, onların evləri isə daşıyıcı qaz xəttinin bir addımlığındadır. Ancaq.. 

"Azəriqaz"ın Gəncə Regional idarəsindən isə bildirirlər ki, sözügedən ərazinin qazlaşdırılması işləri mövcud plan əsasında aparılacaq. 

Qeyd edək ki, bölgələrdə qazlaşma işləri Regionların Sosial-İqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.