Cəmiyyət

"Ermənilər əsgərlərimizin qarşısında nənki əyilir, iməkləyir" - Elman Nəsirov

11 Yanvar 2022 09:32
1 Şərh     Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vətən müharibəsinin gedişatı və nəticələri onu göstərdi ki, ermənilər əsgərlərimizin qarşısında nənki əyilir, diz çökür, ağ bayraq qaldırır, iməkləyir və sürünür. Bu davranış tərzi onlarçün nəinki Qazaxıstanda, istənilən yerdə xarakterikdir".

Milli.Az xəbər verir ki, bunu cebhe.info-ya deputat Elman Nəsirov son günlər Qazaxıstanda baş verən hadisələrdən, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə əsasən sözügedən ölkəyə erməni əsgərlərinin ezam olunmasından danışarkən deyib.

Deputat bildirib ki, baş vermiş qarşıdurmaya görə Qazaxıstanda hazırda matəmdir:

"Baş vermiş son faciəvi hadisələrlə bağlı ölkə Prezidenti müvafiq sərəncam verib. Qazaxıstanda olan hadisələrə rəsmi dövlətin mövqeyi ondan ibarətdir ki, bu, xaricdən olan təhdidlər nəticəsində baş vermiş terror hadisəsidir. Uzun müddət xarici ölkələrdə hazırlanmış quldur dəstələri Qazaxıstan ərazisində faciəvi hadisələr törədiblər. Dövlət hakimiyyət orqanlarını güc tətbiq etməklə devirmək istəyiblər. Belə olan halda Qazaxıstan da üzv olduğu KTMT-yə müraciət etdi. Sözügedən təşkilatın nizamnaməsini 4-cü bəndinə əsasən, Qazaxıstandakı hadisələr xaricdən təhdid faktı kimi qiymətləndirilir. Bölgəyə göndərilmiş sülhməramlı qüvvələrin tərkibində Rusiya, Belarus və Ermənistanın əsgərləri var. Ermənistanın Qazaxıstana 70 nəfərlik hərbi heyət göndərdiyi barədə məlumatlar var. Son məlumatalara görə, Ermənistan həmin heyətin tərkibini daha da artırmaq niyyətindədir".

Deputat bildirib ki, təbii olaraq bu hadisəyə beynəlxalq aləmdə birmənalı reaksiya yoxdur:

"Xüsusilə də ABŞ və Rusiya arasında bu sahədə diplomatik müharibəyə başlanılıb. ABŞ Rusiyanın davranışını tənqid edib. Rusiya isə öz növbəsində ABŞ-a adekvat cavab verib və bildirib ki, Amerika özü ayrı-ayrı ölkələrə müdaxilə sahəsində daha məşhurdur. Ermənistan Qazaxıstanda KTMT-nin sülhməramlı qüvvələri çərçivəsində iştirak edir".

Parlament üzvü bildirib ki, sosial şəbəkələrin erməni seqmentində ermənilərin Qazaxıstanla bağlı çoxsaylı faşist, avantürist və terrorçu çağırışları yer alır:

"Hətta çağırışlarda Qazaxıstanda ikinci Xocalı hadisəsini törətməklə bağlı çağırışlar var. Yaxud da Ermənistan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin əvəzini çıxmaq istəyi var. Dinc qazax əhalisinə soyqırım törətməklə bağlı çağırışlar var. Ermənilərin beynəlxalq aləmdə artıq bu cür imici var. Ermənilər belə adımların atılmasını, hətta sosial şəbəkələrdə zəruri hesab edirlər. Bu ideyanı təqdir və müdafiə edirlər. Mənə elə gəlir ki, yəqin ki, Qazaxıstanın siyasi rəhbərliyi bu kimi çağırışlara da reaksiya verəcək, bu kimi təhdidlərin qarşısının alınması üçün lazımı addımlar atacaq".

Deputat bildirib ki, onun erməni əsgəri barədə dediyi "əyilə-əyilə gəzir" məşhur ifadəsindən sonra insanlar onu qınayıb:

"Xeyli qınayanlar oldu və mən düzü, anlamırdım ki, nə baş verib. Mən axı düşmən əsgəri haqqında bunu söyləmişdim. Hadisələrin gedişatı mənim nə qədər düzgün mövqe ifadə etdiyimi təsdiqlədi. Hətta mən sonralar müsahibə verəndə qeyd etdim ki, sözügedən ifadəni çox yumşaq demişəm. Erməni əsgəri Azərbaycan əsgərinin qarşısında nəinki əyilir, iməkləyir, dizin-dizin yeriyir və sürünməkdədir. 10 mindən çox fərarisi olan ordu haqqında nə demək olar?! Ermənilərin aciz qalan tör-töküntülərindən hər şey gözləmək olar. Qorxaqların ordu ilə döyüşməyə gücü çatmayanda həmişə dinc əhalini atəşə tuturlar. Azərbaycanın Gəncə və digər şəhərləri İkinci Qarabağ müharibəsində ermənilərin atdığı ballistik raketlər və fosforlu bombalarla atəşə tutluldu. Bunu nəzərə alsaq, Ermənistanın Qazaxıstana yeridilmiş tör-töküntülərindən hər şey gözləmək mümkündür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.