Cəmiyyət

Yeni doğulan uşaqlara qəribə adlar qoymaq istəyən valideynlər var - VİDEO

7 Yanvar 2022 17:54
1 Şərh     Baxış: 1 221
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin ilk günlərindən yeni doğulan uşaqlara valideynləri tərəfindən adi söz və ifadə kimi işlədilən sözlərin ad kimi qoyulması ilə bağlı müraciətlər daxil olub.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, uşaqlara Məruzə, Bəyan, Əfv, Bafta, Balış, Diliş, Dərdayıl, Dəftər, Şərbala kimi adlay qoymaq istəyiblər.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib ki, valideynlər tərəfindən səsləndirilməsi belə qəribə olan adların uşaqlara qoyulması ilə bağlı müraciətlər daxil olur. Hətta çox vaxt bu adların mübahisəsi məhkəməyə qədər gedib çıxır.

Sayalı Sadıqovanın sözlərinə görə, bir çox adlar var ki, onların yazılışı Azərbaycan ədəbi dilində mövcud olsa da, valideynlər onu dəyişdirib fərqli formada uşaqlarına qoymaqda israr edirlər. Məsələn, bəzi valideynlər övlardlarına İsmayıl əvəzinə İsmail, Məhəmməd əvəzinə Muhammed, Əbülfəz əvəzinə Əbəlfəz kimi adlar qoymaq istəyiblər.

Sədr müavini onu da əlavə edib ki, son dövrlər qız adlarını oğlana, oğlan adlarını isə qızlara qoymaq istəyən valideynlərə də rast gəlinir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.