Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Bərdə rayonunda müasir tələblərə cavab verən yeni Zona baytarlıq laboratoriyası tikilib.
Laboratoriya binasının ətrafında su hovuzu, ventilyasiya sistemi inşa edilib. Daimi enerji təminatını ödəmək üçün elektrik paylayıcı yarımstansiya, enerji kəsilməsi olduqda isə üç saniyədə avtomatik işə düşən generator quraşdırılıb.
Baytarlıq laboratoriyası Amerika hökumətinin maliyyə dəstəyi hesabına tikilib. İndiyə kimi binanın inşasına iki milyon 500 min dollar xəcrclənib. Bunun 1 milyon 500 mini ümumi binanın inşaat işlərinə xərclənilib. 1 milyon dollar məbləğində isə ən son texnologiyalar əsasında istehsal edilən laboratoriya avadanlıqları alınıb.
Laboratoriya bir neçə rayona baytarlıq xidməti göstərəcək. Yeni inşa edilən bina 4 əsas şöbədən ibarətdir. Buraya Bakterologiya, Serologiya, Virusologiya, Toksologiya şöbələri daxildir.
Qeyd edək ki, rayondakı köhnə laboratoriyada əvvəllər yalnız bruselyoz, qarayara, qoyunlarda bradzot, quşlarda isə pasterloz və aksendroz xəstəlikləri müayinə edilirdi. Quduzluq, dabaq kimi xəstəliklərin müayinəsi isə respublika baş baytarlıq laboratoriyasına
göndərilib. Yeni binada isə müasir tələblərə cavab verən baytarlıq cihazları quraşdırılıb.
Bərdə Zona baytarlıq laboratoriyasının müdiri Aydın Məmmədovun sözlərinə görə, bu avadanlıqların vasitəsi ilə bütün xəstəliklərin paytaxta göndərilmədən qısa müddət ərzində təyin olunması mümkün olacaq. Həmçinin, fəaliyyət göstərən şöbələrdə də təyinatı üzrə müasir avadanlıqlar qurulub. Müasir aparatlarda işçilərin hər hansı bir virusa yoluxmasının qarşısını almaq üçün xüsusi lazer dezinfeksiyası var.
Yeni laboratoriyada binanın və işçilərin ümumi təhcizatı dəqiqliklə nəzərə alınıb. Binada ən son qazanxana və siqnalizasiya sistemi qurulub. Bir neçə gündən sonra işçilərə hər bir şöbəni fərqləndirən geyimlər payalanılacaq. Bakteriologiya qırmızı, Serologiya göy, Virusologiya sarı, Toksikologiya şöbəsinin işçiləri isə ağ geyimlərdə olacaqlar. İş gününün sonunda isə həmin geyimlər polietilen kisələrə qoyularaq buxar sobası vasitəsi ilə dezinfeksiya ediləcək.
Milli.Az
Cəmiyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bərdədə zona baytarlıq laboratoriyası tikilib
5 Mart 2012 14:33
0 Şərh
Baxış: 1 161

DİGƏR XƏBƏRLƏR
-
Hamının sərinkeşlə bağlı etdiyi əsas səhv
-
Günün qoroskopu: Maddi baxımdan risk etməyə ehtiyac yoxdur
-
Yay düşərgəsində böyük maraq yaradan “Xankəndi” paneli - FOTO
-
Fərhad Pərvizi etdiyi çıxışlara görə işdən çıxarılıb? - YENİLƏNİB
-
Plastik butulkalardan suya hansı maddələr keçir?
-
Nazir Rza Məmmədova vəzifə verdi
XƏBƏR LENTİ
-
Mourinyo mətbuat konfransında ağladı - FOTO
-
Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi
-
"Bizi robot sanırlar" - hönkür-hönkür AĞLADI – VİDEO
-
Arif Məmmədov Gürcüstanda qəfil vəfat etdi - FOTO
-
Sürücülərin yeni hiyləsi ifşa olundu - XƏBƏRDARLIQ
-
Tramp yeni seçkilər üçün əsas namizədi açıqladı - O, öndədir
-
Azərbaycanda məşhur professor vəfat etdi - FOTO
-
Avqust yalnız bu bürclər üçün ən xoşbəxt ay olacaq
-
Tanınmış aktrisa vəfat etdi - FOTO
-
Bu günün valyuta məzənnələri
-
"Fənərbağça" "Benfika"dan daha bir oyunçu ALDI: 25 milyona
-
Başqasının mənzilində məskunlaşmış neçə məcburi köçkün azad edilən ərazilərə köçürülüb? - AÇIQLAMA
-
Zidan Fransa millisini çalışdıracaq
-
Hamının sərinkeşlə bağlı etdiyi əsas səhv
-
Ofelyanın qardaşı da müğənniliyə BAŞLADI - VİDEO
-
Günvurma 1-2 saat ərzində ölümə səbəb ola bilər - AÇIQLAMA
-
Yayda üz dərisi səpkilərini necə müalicə etmək olar?
-
İnfarktdan əvvəl ürək necə xəbərdarlıq edir?
-
Günay tül geyimi ilə müzakirə yaratdı - FOTO
-
Maykl Ceksonun kirli corabları fantastik qiymətə satıldı - FOTO
-
7 yaşdan kiçik uşaqları bu içkilərdən uzaq tutun - Valideynlərə xəbərdarlıq
-
Qurban Qurbanovdan qələbə şərhi
-
Günün qoroskopu: Maddi baxımdan risk etməyə ehtiyac yoxdur
-
Minaya düşən şəxs MAXE imiş - FOTO