Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şahid: “Fərda ilk üç nəfəri vurandan sonra dəşhətli nərə çəkdi”
5 May 2010 14:20
Baxış: 434
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkənlər ifadə veriblər. İlk olaraq hadisələrin şahidi olan müəllimə Şirin Baxşəliyeva ifadə verib. O, bildirib ki, 30 aprel tarixində dərsdə olub. Bu zaman dəhlizdən güllə səsləri eşidib. Dəhlizə çıxanda isə görüb ki, iki nəfər qaçır, bir nəfər isə onları qovur. Sonra həmin oğlan onlara tərəf gəlib. Şirin Baxşəliyavenın sözlərinə görə, dəhlizdəkilər həmin oğlana etirazlarını bildiriblər: ""Bir iki nəfər ona qarşı dedi ki, "utanmırsan, bu nə hərəkətdi edirsən?" Buna baxmayaraq silahlı şəxs Vəfa müəlliməyə iki dəfə atəş açdı, amma tapançada güllə olmadığına görə Vəfa müəlliməyə heç nə olmadı. Həmin şəxs kurtkasını qaldırararaq patron çıxarmağa başladı. Bu vaxt biz tez otağa girdik".
Baxşəliyevanın sözlərinə görə, onlar sinif otağına girdikdən sonra qapını içəridən bağlayıblar. Silahlı şəxs qapını açmağa cəhd göstərsə də, qapının bağlandığnı görüb, oradan uzaqlaşıb.
Şahidin sözlərinə görə, onlar ara sakitləşəndən sonra çölə çıxdıqda yerdə iki meyit görüblər. Onlardan biri tanımadığı tələbəyə, digəri isə Faiq müəllimə aid olub.
Şirin Baxşəliyeva onu da bildirib ki, həmin oğlanın başında kepka olub, üzünü isə beysbolka il örtüb. "O özünü çox sərbəst aparırdı. İstintaqda mənə onun şəxsiyyət vəsiqəsindəki şəklini gəstərdilər, gördüyüm şəxs həmin şəkildəki adama və TV-larda göstərilən videolardakı adama oxşayıdı. Amma onun öləndən sonra çəkilmiş şəklindəki adama oxşamırdı".
Daha sonra məhkəmədə ADNA-da mühafizəçi işləyən 72 yaşlı Bizi Rzayeva ifadə verib. O bildirib ki, həmin gün saat 9:25 radələrində yemək yeməyə hazırlaşırmış. Sonra küçədən səs gəldiyini eşidib və elə bilib küçədə "vzrıvpaket" atılır.
"Daha sonra gördüm ki, başında kepka olan bir nəfər içəri girdi. Mustafanı, Amronu və bir də qatısatan arvadı vurdu. İstədim deyim ki, ay bala bu nə işdir edirsən. Amma qorxdum. Mühafizəçilər üçün nəzərdə tutulan yerdə gizləndim".
Bibi Rzayevanın sözlərinə görə, silahlı şəxsin çox qalın qaşları və vahiməli sifəti olub.
"Daha sonra polisə xəbər verdim, hadisə yerinə ilk sahə müvəkkili, sonra isə polislər gəldi. Tələbələr yaralılara kömək edirdilər. Təcili yardım isə gec gəldi. Yaralılar orda çox qaldı".
B. Rzayeva Fərda Qədirovun həmin şəxs olduğuna əmin oluduğunu bildirib.
Daha sonra 4-cü kurs tələbəsi Orxan Qasımov ifadə verib. O, hadisə baş verən zaman
Novfəl Məmmədovla çöldə dayanıbmış. "Drəsimiz saat 10:00-da başlamalıydı. Bu vaxt bir nəfər sürətlə gəldi. O qaçımırdı, amma sürətli addımlar atırdı. Sifətini tam görə bilmədik. Adamları vurandan sonra, bərk qışqırdı, elə bil nərə çəkdi. Amma bir söz demedi. Biz kənara çəkildik. O qalxdı 2-ci mərtəbəyə".
Şahidin sözlərinə görə, onlar hadisənin terror olduğunu bilməyiblər. "Biz terror olduğunu bilmirdik. Elə bilirdik ki, nə isə tələbələr arasında söz-söhbət olub. Ona görə yaralılara da yaxınlaşmağa qorxduq".
Daha sonra ifadə verən Növfəl Məmmədov da təxmin eyni epizodu təsvir edib.
Prosesdə daha sonra 2-ci kurs tələbəsi Elmir Mirzəzadə və dossent Səməd Rzazadə də ifadə veriblər.
Komendant Sabit Dövlətov isə ifadəsində bildirib ki, hadisə baş verən vaxt ADNA-nın həyətində imiş. Əvvəlcə üç dəfə atəş səsi eşidib, daha sonra isə tələblərin arasında çaxnaşma düşüb. O dərhal Akademiyaya qayıdıb. Yerdə üç meyit olduğunu görüb və dərhal polis, daha sonra təcili yardım xidmətinə və prorektora zəng vuraraq hadisə barədə məlumat verib.
Prosesdə fasilə elan edilib.
Xatırladaq ki, Cinayət işi üzrə təqsirləndirilən 4 nəfərdən Cavidan Amirov Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sürsatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Nadir Əliyev və Nəcəf Süleymanov CM-nin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Ariz Qabulov isə CM-nin 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham olunurlar.
Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Qeyd edək ki, 2009-cu il aprelin 30-da baş veriən qanlı hadisədə F.Qədirovun ADNA-nın ikinci korpusuna daxil olaraq inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açması nəticəsində 12 nəfəri ölüb, 13 nəfər yaralanıb. O, daha sonra özünü vuraraq intihar edib.
ANS PRESS
Uyğun linklər:
Təqsirləndirilən şəxs: "Fərdanın gözləri qırmızı idi, valideynlərinə də nifrət edirdi"
Şahid: "Fərda mənə əlindəki silahla iki dəfə atəş açmaq istəsə də, silahında güllə olmadı"
Şahid: "Mənə güllə atan şəxs Fərda Qədirova oxşamırdı"

DİGƏR XƏBƏRLƏR
-
Yağışlı havada hansı yeməkləri yemək lazımdır?
-
Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur - (Foto)
-
“AzParking” sürücülərə müraciət etdi
-
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında səmimi dialoq - (Foto)
-
Bakıda hava kəskin dəyişir: Leysan yağacaq - Bu tarixlərdə
-
DYP adından SMS göndərirlər, kart məlumatlarını ələ keçirirlər - Xəbərdarlıq
XƏBƏR LENTİ
-
Yağışlı havada hansı yeməkləri yemək lazımdır?
-
Rəqsanə qızı Yana əməliyyatdan sonra ilk dəfə – Yeni görünüşü - (Video)
-
Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur - (Foto)
-
“AzParking” sürücülərə müraciət etdi
-
"Trabzonspor"un futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı
-
Azərbaycan millisi 7 qol buraxdı
-
Əməkdar artist oğluna toy etdi - (Foto)
-
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında səmimi dialoq - (Foto)
-
Gəncədə avtobus işıq dirəyinə çırpıldı
-
Bakıda hava kəskin dəyişir: Leysan yağacaq - Bu tarixlərdə
-
Nəfəsdən fanatlarına hörmətsizlik: Dediyi söz müzakirə yaratdı - (Video)
-
DYP adından SMS göndərirlər, kart məlumatlarını ələ keçirirlər - Xəbərdarlıq
-
Sevil-Sevinc: "Çox erkən yaşda ailə başçımızı itirdik" - (Foto)
-
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli oldu
-
Azərbaycanda taksi qiymətləri artacaq?
-
Azərbaycan və Gürcüstan arasında dini sahədə münasibətlər müzakirə olunub
-
Xəstəxanada başlayan tanışlıq möcüzə yaratdı: Atalar bir-birinin övladını xilas etdi - (Video)
-
Ev almaq istəyənlərə şad xəbər - İpoteka müraciətləri başlayır
-
Astarada sərnişin mikroavtobusu aşdı - 10-dan çox yaralı var - (Yenilənib)
-
Ərdoğan Azərbaycana təşəkkür etdi
-
5 gündə 90 mindən çox sərnişin - Bakıdan bölgələrə böyük axın
-
Xocavənddə traktor minaya düşdü - Yaralanan var
-
"Fənərbağça" Dirk Kuytı göndərdi
-
Ət, süd, meyvə-tərəvəz bahalaşacaq?