Cəmiyyət

Günün qoroskopu: Çətin, qarışıq və mürəkkəb gündür

20 Yanvar 2022 00:02
16 Şərh     Baxış: 3 259

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - İşə ciddi yanaşın. Qeyri-ciddilik, hərdəmxəyallıq problemlər yarada bilər. Peşəkar fəaliyyət müstəvisində irəliləyişə nail olmaq istəyirsinizsə, rəhbərliyin möveqlərinə zidd addımlar atmayın. Bu minvalla müşkül situasiyalar yaratmayın. Kritik məqamlarda məntiqli davranın. Belədə sizə səhvlərinizi bağışlayarlar.

Günün ikinci yarısının maliyyə fonu uğurlu deyil. Planlaşdırılmamış xərclər, itkilər ola bilər. Anlaşma və sövdələşmələr perspektivli deyil.

Şəxsi münasibətlərdə aktiv olun.

Axşam saatlarında normal istirahət edin.

Buğa - Müsbət təmayüllərin təsir gücü artır. Nəzərdə tutduğunuz ideya və ya planı uğurla reallaşdıra bilərsiniz. Gələcəklə bağlı planlar qurmaq olar. Onları tez bir zamanda həyata keçirməyə çalışın. Şəxsi münasibətlərdə təşəbbüs zamanıdır.

Həmkarlarınız, dostlarınız, qohumlarınız sizi dəstəkləyəcəklər.

Günün ikinci yarısı maliyyə baxımından uğurludur. Gəlir əldə etmək, sərfəli anlaşma və ya sözləşməyə nail olmaq şansları var. Pulu məntiqlə xərcləyin. Axşam saatlarında aktiv istirahəti seçin.

Əkizlər - Sizə maraqlı təsir bağışlamayan işlərə çox vaxt sərf etməli olacaqsınız. Əfsuslar olsun ki, bu işləri nə başqasına həvalə etmək, nə də təxirə salmaq mümkün deyil. Sizə əziz olan insanlarla münasibətlərdə problemlər yarana bilər. Səylərinizə rəğmən, ixtilafın qarşısını almaq asan deyil.

Narahat olmayın. Mənfi təmayüllərin təsiri çox çəkməyüəcək. Münasibətlərdəki harmoniya bərpa olunacaq.

Alış-veriş məsləhət deyil. Sizə əsla gərək olmayan əşya ala bilərsiniz.

Xərçəng - Kiçik çətinliklər yaranacaq, amma onları uğurla dəf edəcəksiniz. Dostlar və etibarlı, sınanmış müttəfiqlər sizə yardım edəcəklər. Anlaşma, uzunmüddətli əməkdaşlıqla bağlı sözləşmə üçün əlverişli zamandır. Yeni tanışlıqlara laqeyd yanaşmayın. Az sonra onlardan biri faydalı ola bilər.

Günün ikinci yarısında yeni məqsədlər və hədəflər formalaşacaq. Onlar peşəkar fəaliyyətinizi daha rəngarəng edəcək. Şəxsi münasibətləri unutmayın. Təşəbbüskar olsanız, müsbət dəyişikliklər və irəliləyişlər yaşanacaq.

Şir - Maraqlı gündür. Fəal olun, süstlüyə qapılmayın. Gündəlik, rutin işlərə yaradıcı yanaşma gərəkli nəticəyə nail olmaqla yanaşı, yeniliyi əxz etməyə imkan verəcək. Yeni müttəfiqlər tapa bilrsiniz. İntuisiyanız itidir. Onun siqnallarına qulaq assanız, hətta ən çətin vəziyyətdə də kobud səhvlərə yol verməyəcəksiniz.

Yaxın ətrafınızdakı insanların sizin yardımlarınıza ehtiyacı var. Dəstək olmaqdan boyun qaçırmayın. Amma kimsəyə imkan verməyin ki, sizdən sui-istifadə etsin. Səfər və səyahət, habelə uzaqdan gəlmiş şəxslə ünsiyyət üçün əlverişli zamandır.

Qız - Enerjili, aktiv olun. İntizamlı davranın. Soyuqqanlı və təmkinli hərəkətlər bu gün əsas üstünlüyünüz ola bilər. Əvvəlki günlərlə müqayisədə daha çox işləməli olsanız da, yorğunluqdan şikayətlənməyin. Yeni ideyalar və cəsarətli təşəbbüsləri dəstəkləyin. Qeyri-standart qərarlar qəbul etməyi bacaran insanla qarşılaşacaqsınız.

Günün ikinci yarısında liderlik məziyyətlərinizi büruzə verin. İşdə belə davranış pis deyil. Amma şəxsi münasibətlərdə ehtiyatlı olun. Əks təqdirdə toqquşmalar ola bilər. Planlaşdırılmamış xərclər istisna deyil. Maliyyə vəsaitini nəzarətdə saxlayın, bədxərclik etməyin.

Tərəzi - Gün çətin, mürəkkəbdir. Emosiyalarınıza hakim olun. Ən əlverişsiz, gərgin anlarda hisslərinizin nəzarətdən çıxmasına imkan verməyin. Önəm verdiyiniz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmaq cəhdləriniz uğursuzluğa düçar ola bilər. Bacarıq və biliklərinizi görmək istəmir, çatışmazlıqlarınızı isə həddən ziyadə şişirdirlər.

Günün ikinci yarısında maliyyə fonu uğurlu deyil. Ciddi itkilər ola bilər. Alış-veriş etməyin, anlaşma və sövdələşmələrə can atmayın. Maraqlı məşğuliyyətlər üçün əlverişli zamandır. Yaradıcı yanaşma tələb edən, amma xüsusi bacarıq və ya ustalıq tələb etməyən işə başlaya bilərsiniz.

Əqrəb - İşgüzar danışıqlar və şəxsi səciyyəli görüşlər yaxşı keçəcək. İndiyədək dil tapa bilmədiyiniz insanlarla anlaşa biləcəksiniz. Mürəkkəb və genişmiqyaslı peşəkar layihələrə başlamaq olar. Kommersiya fəaliyyəti gəlir verəcək. Gəlir təxminlədiyinizdən də artıq ola bilər.

Səfər, səyahət, şəraiti dəyişmək üçün əlverişli zamandır. Qeyri-adi, orijinal hadisələrə və nəsnələrə maraq artır. Yaşam potensialının səviyyəsi yüksəkdir.

Səhhətinizdə problemlər olmayacaq.

Oxatan - Gərgin və məhsuldar fəaliyyət günüdür. Bu işin nəticələrini dərhal görməyəcəksiniz. Səbirli olun. Hadisələri sürətləndirmək, süni təkanlardan yararlanmaq cəhdləri yaxşı heç nə vəd etmir. Yeni işgüzar münasibətlər yaratmaq, işdəki münaqişəni çözmək və nizamlamaq üçün əlverişli zamandır. Yeni müttəfiqlər olacaq. Ən başlıcası isə odur ki, çoxdankı qarşıdurmaya son qoymağa çalışın.

Tikinti, inşaat və təmir üçün əlverişqli zamandır. Məişət texnikası, mebel, interyer predmetləri almaq olar. Nəqliyyat vasitəsi almaq istəyirsinizsə, seçimdə yanılmayın.

Oğlaq - Bu gün qəbul edəcəyiniz qərarları həyata keçirin. Onlar yaşamınızda müsbət dəyişikliklərə səbəb ola bilər. Önəm verdiyiniz insanlarla ünsiyyət üçün yaxşı gündür. Müttəfiqlə yanaşı, nüfuzlu hami arayın. Peşəkar fəaliyyət müstəvisində irəliləyiş şansları yaranır. Daha maraqlı, maaşı yüksək olan iş tapa bilərsiniz.

Başqalarının təcrübəsi faydalı ola bilər. Yaxın ətrafınızdakı insanların səhvləri və yanlışlıqları sizə dərs olsun. Ciddi səhvlərə yol verməməyə çalışın. Nəzərdə tutulmamış alış-veriş və əyləncə məsləhət deyil.

Dolça - Çətin, qarışıq və mürəkkəb gündür. İşdə problemlər yaranacaq. Şəxsi münasibətlərdə də rəvanlıq və sakitlik müşahidə olunmur. Ən pisi odur ki, niyyət və planlarınızda konkretlik yoxdur. Sonradan sizə təəssüf hissi yaradacaq addımlar atmayın.

Emosional fon gərgindir. Yaxşı əhval-ruhiyyəni qorumaqda çətinlik çəkəcəksiniz. Amma sınamağa, cəhd göstərməyə dəyər. Sizi maraqlandıracaq məşğuliyyət tapacaqsınız.

Axşam saatlarında gəzinti sizə yuxusuzluq və baş ağrılarından qurtulmağa imkan verəcək.

Balıqlar - İşgüzar baxımdan çox əlverişli gündür. İstənilən problemin və ya çətinliyin öhdəsindən sürətlə gəlin. Rəqibləri üstələyin. Hətta ən çətin durumda belə, qətiyyəti və inamı itirməyin. Toplantı, iclas və ya seminara qatılmaq üçün münasib zamandır. Sizə maraqlı gələn insanların rəğbətini qazanın. Diqqət mərkəzində olanda özünüzü rahat hiss edin. Sizi tərifləyəcəklər.

Romantik tanışlıq ehtimalı yüksəkdir. Belə münasibət sizə pozitiv emosiyalar bəxş edəcək ciddi münasibətlərin təməlinə çevrilə bilər.

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

16 Şərh:

  • Anonim
    Esra ıbrahımli(Şamaxı) · 20 Yanvar 00:027180

    32 il beləcə kecdi.Allah Şəhidlərimizə rehmət eləsin.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahımli(Şamaxı) · 20 Yanvar 00:0712670

    Hər şəhidlər xiyabanına gedəndə dəqiqelərnən dayanıb Ferizenin kədərli gözlərinə baxiram o qederrrr suallar verirem üreyimdə.Deyirem Sen niyə canına qiydin Qıymasaydin indi həmən körpənin 32 yaşı olacakdı.Bəlkə də sen nənə idin nəvən də var idi.Hər dəfə fikirləşirəm gprəsən mən edə bilərdim?Bu günkü gün bir tək övladıma nəsə olsa özümü öldürerem,Ferizə isə övladın da özü ilə bərabər sevgisinə qurban verdi.Coxxx heyifff,.Allah rehmət eləsin.:(

    Cavab yaz
    • Anonim
      asi · 20 Yanvar 10:2950

      Yazacaqlarımın bu gün yeri olmasa da, mövzu bu gün açıldığı üçün yazacam..Əvvəlcə Allah rəhmət etsin Fərizəyə..Amma Fərizə bir qəhrəman obraz deyil, daha doğrusu hərəkəti düzgün deyil ki, qəhrəmanlaşdırılsın..Fərizəni simvollaşdırmaq səhv ideyadır..O məsuliyyətsizlik edib, özü ilə bərabər körpənin canını aldı..Sevgi, sevmək hər zaman ölmək deyil, əksinə yaşatmaqdır..Əgər xalqın canına qəsd edən qadın qəhrəman obrazına ehtiyacı varsa, o zaman həmin insanı 90-cı illərdə erməni əlinə keçməmək üçün özünü qayadan atan hamilə qadını və daha neçə canına qəsd edən qadınları seçmək olar..Fərizə isə, bir anlıq hisslərinin məsuliyyətsiz qurbanıdı..

      Cavab yaz
      • Anonim
        Esra ıbrahımli(Şamaxı) · 20 Yanvar 12:51810

        Asi,Dübbədüz,raziyam seninlə.hec bir halda hakk qazandırmaq olmur texminən 7 il bundan öncə hətta bunun şəhid statusu milli məclisə qoyulmuşdu coxu deyirdi şəhid adi düşmür,intihar edib və böyük günahdı.nə isə cox üstə getmədilər.Həmişə 20 yanvarda Ferizəni fikirləşirəm.Atam şəhidlər kitabı almişdi o vaxtlar bunun haqqinda yazilib bir qadın yuxuda görüb bu gəlinlik donun isteyir deyir narahatam burada qanın icindəyəm əzab verirlər bunlarin evin tapib gəlimşdi donu gətirib atmisdilar məzarina molla tutub yasin falan oxutdular.Həmişə bu Ferizəni fikirləşirəm.niyə belə etdi?Yenə hamilə olmasaydi deyərdik itirecək nə isə yoxdu amma 6 aylığ hamilə böyük usaq sayilir.Canına qiymiş sayilir.Cox heyif.

        Cavab yaz
        • Anonim
          asi · 20 Yanvar 20:4510

          Əsra, o vaxt çox həssas dönəm olub, insanlar ard-arda faciələr yaşayıb deyə fərq qoyan olmayıb, kim necə Şəhid olub..Amma bu günün insanları soyuq başla analiz edir, səhvi düzdən ayıra bilir..Əgər dözümsüzlük Şəhidlikdirsə, Şəhid övlad itkisinə ürəyi dözməyən yazıq Analar da Şəhid statusu almalıdı..

          Cavab yaz
          • Anonim
            Esra ıbrahımli(Şamaxı) · 20 Yanvar 22:1410

            Əla düz...Mən şəxsən həmən dözməyən anaları şəhid sayiram:(.

            Cavab yaz
      • Anonim
        Melek b · 20 Yanvar 19:3420

        Asi salam.necəsən?bilirsən elə zamanda pisxoloji drum başqa cur olur.fikirləşmək qabiliyyəti olmur.ağrini hərə bir cur kecirir.(18.19 yaşli qizin fikirləri tam fərqli olur.bəlkədə o vaxt onu nəzarətsiz qoymasa idilər bəlkədə 2 gun sonra o intihari etməzdi.

        Cavab yaz
        • Anonim
          asi · 20 Yanvar 20:3620

          Düzdür,Mələk..Mən Fərizənin ümummilli obraza, simvola çevrilməsinə irad bildirirəm..Örək olası heç bir element yoxdur..20 Yanvarda həyat yoldaşlarını itirən digər qadınlar Fərizədən daha çox qəhrəmandır..Çünki, onlar yaşamağı bacardı, övladlarına sahiblik etdi..

          Cavab yaz
  • Anonim
    Esra ıbrahımli(Şamaxı) · 20 Yanvar 00:091120

    Bir gün gələcək insanlar pesiman olacak.Kimisi sevdiyinə görə,kimisi vaz keçdiyinə görə.Kim kimi itirecək onu zaman gösterecek..

    Cavab yaz
  • Anonim
    3242 · 20 Yanvar 00:39610

    Allah weidlerimize rehmet etsin Artiq anamin da olumunden 12 il kicir allah anamada rehmet etsin 12 ilimde anamsiz bele kecdi.

    Cavab yaz
    • Anonim
      Esra ıbrahımli(Şamaxı) · 20 Yanvar 09:59320

      Allah rehmət eləsin.:(

      Cavab yaz
    • Anonim
      Melek b · 20 Yanvar 19:4300

      Allah rəhmət eləsin(

      Cavab yaz
  • Anonim
    Samire · 20 Yanvar 01:43350

    Xatirimdədir, məktəbdə aşaqı sinifdə oxuyanda 20 yanvar il dönümündə ən çox Larisaya, İlqara pis olardım. Axı onlar da məktəbli idilər. Həyatları yarım qalan məktəblilər... Onlara bir şeyir də hesr olunmuşdur. "Bir qara parta boş qalıb"...(((((

    Cavab yaz
  • Anonim
    asi · 20 Yanvar 10:04425

    Bu gün 32-ci il dönümü qeyd olunan 20 Yanvar və həmçinində digər bütün Şəhidlərimizə rəhmət diləyirəm..Qurban almaqdan yorulmayan Azadlığımızın özünəməxsus hüznü ilə seçilən qurbanları(..İlk dəfə Şəhidlər Xiyabanına 2-ci sinifdə oxuyanda getmişdim, ona qədər özümüz də müharibənin acı fəsadları ilə üz-üzə qaldığımız üçün heç getməmişdik..Sonra neçə dəfə getmişəm sayını bilmirəm.İndi isə, Azərbaycana hər gəlişimizdə ziyarət edirik..Hər dəfə eyni hisslər, məzardan baxan məsum gənc simalar(..Soyuq qara şəkilləri izlədikcə ağlımdan keçənləri vərəqlərə köçürsəm bəlkə də neçə kitab olardı, hər biri haqqında “ əgər Şəhid olmsaydı” fikri ilə qurduğum xəyallar və sonra reallığa dönüb, təəssüflənməkdən başqa heç nə edə bilməməyimin verdiyi narahatlıq..Nə bilim..Düşündükcə çıxılmaz bir dərinliyə batır insan..P.S aşağı sıralardakı məzarların bəzilərinin qarşısında hasar var, həmin sıraya keçmək olmur..Səhv etmirəmsə daha aşağı sıradakı məzarların arxasında hprülən hasarın baş tərəfidi, yuxarıdakı məzarları balğayıb.

    Cavab yaz
    • Anonim
      Asiyə · 20 Yanvar 10:25460

      Allah rəhmət eləsin P.S artiğ idi!

      Cavab yaz
    • Anonim
      Harlnpasa · 20 Yanvar 11:0650

      Allah rehmet etsin butun sehidlerimize

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics