Cəmiyyət

Koronavirusun aqressivliyi nə qədər azalacaq? - ÜST rəsmisi açıq danışdı

23 Dekabr 2021 19:00
0 Şərh     Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Koronavirus endemik ola bilər, lakin bu, onun daha az təhlükəli olacağı anlamına gəlmir".

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove brifinqdə deyib.

ÜST rəsmisinin sözlərinə görə, mövsümi dəyişikliklər ola bilər, amma bu o demək deyil ki, daha az təhlükəli olacaq, yayılma tempi zəifləyəcək: "Koronavirusun aqressivliyi nə qədər azalacaq, açığını deyim ki, hələ öyrənməliyik. Pandemiyanın sonuna keçid tədricən olacaq. Hazırda pandemiyanın ortasındayıq, virus hər şəraitdə yayılır və biz onun inkişaf mərhələlərini gözləyirik".

Ekspert əlavə edib ki, bu şəraitdə peyvənd xüsusi əhəmiyyət kəsb edir ki, bu da ən azı ağırlaşmaların və ölüm hallarının sayını azaldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.