Cəmiyyət

Su hovuzu, yoxsa zibil quyusu? - Bu ərazi sakinlər üçün təhlükə yaradır - VİDEO

22 Dekabr 2021 14:42
0 Şərh     Baxış: 624
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Xətai rayonunda sovet vaxtı yanğınsöndürən avtomobillər üçün tikilən su hovuzu indi təhlükə mənbəyinə çevrilib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsi 70 ünvanından gedir.

Sakinlər deyirlər ki, sovet vaxtı yanğınsödnürən avtomobillər üçün ehtiyat su anbarı kimi istifadə edilən hovuz indi zibil qutusuna çevrilib. Onlar acınacaqlı vəziyyətin 5 ilə yaxındır ki, yaşandığını xatırladırlar.

Sakinləri narahat edən digər bir məsələ isə dərinliyi təxminən 3-4 metr olan su hovuzunun üstündəki beton örtüyün yararsız hala düşməsidir. Onlar bildirilər ki, uşaqlar həmin ərazidə oynadıqlarından təhlükə riski daha da artır.

Onlar bildirirlər ki, su hovuzunun ləğv edilməsi ilə bağlı dəfələrlə aidiyyəti üzrə məlumat veriblər.

Xətai Rayon İcra Hakimiyyətindən ''Xəzər Xəbər''ə bildirildi ki, su hovuzu barəsində məlumatları var. Sabah mütəxəssislər həmin əraziyə baxış keçirdikdən sonra hovuzun təmir və ya ləğv edilməsi barədə qərar veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.