Cəmiyyət

ÜST: “Azı 23 ölkədə “Omikron” ştammı aşkar edilib”

2 Dekabr 2021 09:42
0 Şərh     Baxış: 610
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu günədək azı 23 ölkədə koronavirusun "Omikron" ştammı aşkar edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus məlumat verib.

O, bu rəqəmin artacağını bildirib.

ÜST rəhbərinin sözlərinə görə, təşkilat hadisələrin belə inkişafı "son dərəcə ciddi" qəbul edir və bütün ölkələr də vəziyyəti ciddiyə almalıdır.

"Yeni variantın ötürülməsi, xəstəliyin şiddəti, testlərin, müalicələrin və peyvəndlərin effektivliyi haqqında hələ öyrənilməli çox şey var", - deyə Qebreyesus qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.