Cəmiyyət

Azərbaycanda dəhşətli hadisə: Polis komandiri ailəsi ilə birgə yanaraq öldü - VİDEO - FOTO

2 Dekabr 2021 08:12
2 Şərh     Baxış: 3 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi evdə yanğın qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, əraziyə FHN-nin Ağdam və Ağcabədi rayonlarının yanğından mühafizə bölməsinin maşını və əməkdaşları və FHN- Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Qəsəbə sakini Kərimov Firdovsi Pənah oğluna məxsus evdə baş verən yanğında 2 nəfər evdə qalıb.

Hadisə baş verən evdə 3 nəfər yanaraq ölüb.

Bunlar 1991-ci il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, bir yaş yarımlıq Kərimov Pünhan Miri oğlu və Kərimova Nailə İsa qızıdır. Həlak olanlar bir ailənin üzvləridir. Kərimov Miri post patrul xidmətinin komandiridir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.