Şou-biznes

Model Günay Musayeva qalmaqallı görüntülərdən danışdı

28 Fevral 2012 16:45
0 Şərh     Baxış: 1 149
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Məşhur türk aktyoru Tolqa Karelə ərə gedən azərbaycanlı model Günay Musayeva ərinin başqa qadınla səmimi şəkilləri üçün maraqlı şərh verib. Anspress "Haberler" portalına istinadən xəbər verir ki, model ərinin fotoları ilə bağlı bunları deyib:

"Zarafat kimi bir şey idi. Çox gülməli idi. Tolqa məsələylə bağlı lazımi açıqlama verib, məsələ bağlanıb".

Xatırladaq ki, bir qədər əvvəl azərbaycanlı model Günay Musayevanın əri Tolqa Karelin qalmaqallı görüntüləri yayımlanmışdı. Görüntülərdə 6 aylıq hamilə olan Günay Musayeva və əri İstanbulda eyni bardan çıxırlar. Lakin bir qədər sonra mübahisə etdikləri ehtimal olunan Tolqa Karel və Günay Musayeva bir-birlərindən ayrılırlar. Tolqa Karel həyat yoldaşını taksi ilə evə göndərir, özü isə yanında başqa bir qadınla gecə klubuna gedir.

Tolqa Karel və yanındakı qadın səhərə yaxın eyni məkandan qucaqlaşmış formada əl-ələ çıxırlar və öpüşüb ayrılırlar.

Görünür, əri Günay Musayevanı inandıra bilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.