Şou-biznes

"Ərlə arvadın hərdən ayrılması lazımdır"

13 Noyabr 2021 12:54
3 Şərh     Baxış: 3 053
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"İşdən çıxan kimi fürsət axtarıram ki, evə qaçım. Çünki həm yorğun, həm gərgin oluram. Bəylər oturur, ancaq telefona baxır. Gedib ailənlə otur. İstənilən vəziyyətdə məclisdə oturanda da bir-birinizlə danışmırsınız. Belə-belə insanlar bir-birindən soyuyur".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" proqramında deyib. O, ailə üzvlərinin bir-biri ilə vaxt keçirməsindən danışıb. Zaur bildirib ki, həyat yoldaşları hərdən ayrılmalıdır:

"Hərdən məsafə saxlamaq, uzaqlaşmaq lazımdır. Bir günlük, bir neçə saatlıq da olmalıdır. İnsan bir-biri üçün darıxmalıdır. Hər gün yanında olsa, ürəyini vurar. Arada bir uzaqlaşmaq lazımdır. Ər və arvad ayrılıqda öz çevrəsi ilə görüşməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.