Şou-biznes

Əməkdar artist itkin düşüb

25 Oktyabr 2021 14:51
0 Şərh     Baxış: 1 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Əməkdar artisti Svetlana Svetliçnaya Moskvada itkin düşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "TASS"a yerli hüquq-mühafizə orqanlarındakı mənbə məlumat ötürüb.

Bildirilib ki, aktrisa ilə sonuncu dəfə oktyabrın 21-də əlaqə saxlamaq mümkün olub. Hazırda yerinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

İlkin məlumata görə, S.Svetliçnaya demensiyadan (yaddaşı itirmək) əziyyət çəkir.

Qeyd edək ki, 81 yaşlı aktrisa "Brilyant əl", "Baharın on yeddi anı", "Görüş yeri dəyişdirilə bilməz" kimi bir çox filmlərdə rol alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.