Şou-biznes

“Avroviziya-2022”nin keçiriləcəyi şəhər açıqlandı

8 Oktyabr 2021 12:27
0 Şərh     Baxış: 768
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin keçiriləcəyi şəhər bəlli olub.

Milli.Az xəbər verir ki, tədbir İtaliyanın Turin şəhərində baş tutacaq.

Daha əvvəl "Avroviziya-2022"də ölkəmizin iştirakı təsdiqlənmişdi. Mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri tanınmış bəstəkar və prodüser İsa Məlikovdur.

Xatırladaq ki, bu il keçirilən "Avroviziya"da İtaliyanın "Maneskin" qrupu müsabiqədə 524 xal toplayıb və birinciliyə layiq görülüb. Azərbaycanlı ifaçı Samirə Əfəndi "Mata Hari" mahnısı ilə yarışmanı 20-ci sırada başa vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.