Şou-biznes

İki məşhur jurnalist AzTV-yə keçdi - FOTO

1 Oktyabr 2021 13:53
0 Şərh     Baxış: 6 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış telejurnalist İlhamiyyə Rza və həyat yoldaşı, yazıçı, publisist Həmid Herisçi bundan sonra fəaliyyətlərini AzTV-də davam etdirəcəklər.

Milli.Az xəbər verir ki, bu barədə İlhamiyyə Rza özünün Facebook səhifəsində yazıb.

"4 il sərhasər sübh yuxusunu bizə haram etsə də, sizə xidmətimizdən dolayı sonsuz zövq aldığımız "Xəzər Səhər"lə vidalaşdıq. Əslində, 44 günlük Vətən müharibəsinin hər həyəcanlı gününü paylaşdığımız "Xüsusi buraxılış" da var idi... Amma Xəzər Səhər - hər səhər bir başqa aləm idi.

Xoşca qal, "Xəzər", xoş gördük AzTv" - deyə, İlhamiyyə xanım qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.