Şou-biznes

İki ildir təxirə salınan gecə baş tutdu - FOTO

28 Sentyabr 2021 20:12
1 Şərh     Baxış: 1 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sentyabrın 26-da Nyu-Yorkda "Tony" teatr mükafatının 74-cü təqdimetmə mərasimi baş tutub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, iki ildir pandemiya səbəbindən dəfələrlə təxirə salınan tədbirdə həm 2019, həm də 2020-ci ilin şou yaradıcıları və aktyorları mükafatlandırılıb. Mərasim bu dəfə "Winter Garden" teatrında keçirilib.

Əsas mükafatı "Mulen Ruj" müzikli ("Moulin Rouge! The Musical") qazanıb.

Bundan başqa, "Ən yaxşı remeyk" mükafatına "Soldat pyesi" ("A Soldier's Play") tamaşası layiq görülüb. Səhnə əsərində ABŞ ordusunun sıralarında irqi problemlərdən danışılır. Laureatlar təqdimat zamanı ötən ilin mayında polis tərəfindən saxlanmasından sonra həlak olmuş afroamerikalı Corc Floydu xatırlayıb. 

Ən yaxşı tamaşa "Miras" ("The Inheritance") seçilib. 

Mükafat alanların tam siyahısı ilə buradan tanış ola bilərsiniz. 

Mərasimə qatılan tanınmış simaların qırmızı xalı gedişini təqdim edirik:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.