Şou-biznes

Bülənt Ərsoya sürpriz yaşatdılar

30 Avqust 2021 09:14
0 Şərh     Baxış: 1 154
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin tanınmış ifaçılarından olan Bülənt Ərsoy xoşagəlməz sürprizlə üzləşib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, konsert vermək üçün Şimali Kiprə yollanan müğənni musiqi müşayiətindən məhrum olma təhlükəsi ilə qarşılaşıb.

Belə ki, hotellərin birindəki tədbir zamanı Ərsoyla birgə çalışacaq orkestr üzvlərinin PCR testləri saxta çıxıb.

Musiqiçilər Ercan hava limanındaca saxlanılıb. Hərçənd, sonradan onlara güzəşt olunaraq, konsertdə iştirak etmələrinə izn verilib. Tədbirə polisin nəzarəti altında qatılan orkestr üzvləri, konsertdən sonra yenidən təcridxanaya qaytarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.