Şou-biznes

Hamilə olan aktrisa koronavirus peyvəndi vurdurdu - FOTO

24 Avqust 2021 10:47
0 Şərh     Baxış: 2 239
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Üçüncü övladını qucağına alacağı günü gözləyən türkiyəli məşhur aktrisa Bergüzar Korel koronavirusa qarşı peyvənd vurdurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o "Instagram" hesabında qeyd edib.

O yazıb ki, pandemiya, evdən çölə çıxmamaq, reanimasiyada hamilələrin olması, virusa yoluxmanın üç dəfə daha çox artması onu buna vadar edib. Amma ən əsası, üz-üzə təhsilin olacağını və məktəblərin açılacağını eşitdiyi zaman peyvənd vurdurmağa qərar verib.

Hamiləliyin 30-cu həftəsində olan aktrisa bildirib ki, uşaqlar böyüklərə görə 1,5 ildir ki, evdədirlər.

"Müəllimlər, valideynlər, lütfən peyvənd vurdurun", - deyə Korel çağırış edib.

Qeyd edək ki, B.Korel 12 il əvvəl həmkarı Halit Ergenç ilə evlənib və onların iki övladı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.