Şou-biznes

Mustafa Sandal təzminat ödəmək istəmir

4 Avqust 2021 12:38
Baxış: 1 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli müğənni Mustafa Sandalla keçmiş həyat yoldaşı Emina Yahoviç arasındakı təzminat problemi bitmir. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, pandemiya vaxtı həmkarları kimi çətin dönəmdən keçən Sandal bir müddət təzminatı ödəyə bilməyib. Bu səbəbdən Emina onun evinə və ofisinə girov göndərib, məhkəməyə verərək hətta bank hesablarını da nəzarətə götürüb.

Keçmiş həyat yoldaşının bu cür addım atmasını bağışlamayan Mustafa Sanfal onu məhkəməyə verib və təzminatın ləğv olunmasını tələb edib.

O, hər ay ödədiyi 15 min lira təzminatının ləğvini və Çubuklu Vadidəki 70 min liralıq kirayə gəlirini alan Eminanın bu haqlarından məhrum edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.