Şou-biznes

"Kəndçilər" dedi, sonra da söydü"

24 İyul 2021 18:49
1 Şərh     Baxış: 1 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı-müğənni Seren Serengil bu dəfə dava etməsi ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Göcekdə istirahət edən sənətçi yaxtasına yaxınlaşan Maria Maksymenko ilə dava edib.

"İçib sərxoş olub insanların yaxtasına çırpılırlar. Hələ bu azmış kimi gülüb başqalarına söz atırlar. Şükür ki, bu mədəniyyətsizlərin yaxtanı məhv etməsinin qarşısı alındı. Yoxsa onları məhv edəcəkdim" deyə, sənətçi bildirib.

Türkiyədə  məşhur simalardan olan Marianın Serenə cavabı gecikməyib. O, sevgilisi Mustafa Tohma ilə istirahət edən 50 yaşlı sənətçini tənqid edib:

"yaxtada dincəlirik. Seren xanımın yaxtasının yanına yaxınlaşdıq. Küləyə görə yaxtalar bir-birinə dəydi. Dənizdə bir-birinə yardım etmək qaydası var. Qarşı tərəfdən üzür istədik. Amma Seren Serengil bizə "Axmaqlar. Allahın kəndçiləri" cavabını verdi. daha sonra söyüşlər söydü. İçki içmədiyimi bütün dostlarım bilir. Yaxtada övladlarım, dostlarım var idi. Bu qədər mədəniyyətsizlik görmədik və oradan uzaqlaşdıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.