Şou-biznes

Məşhur aktyor kosmosa uçmaq istəyir

18 İyul 2021 14:54
Baxış: 503

Həmkarı Mila Kunislə evli olan aktyor Eşton Katçer kosmosa uçmağı planlaşdırdığını, ancaq gedə bilmədiyini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 43 yaşlı aktyor Riçard Bransonun "Virgin Galactic" şirkəti ilə planlaşdırdığı bu səyahətə həyat yoldaşının mane olduğunu bildirib. Kunis övladları olduğunu ona xatırladaraq bu səyahətə əngəl olub.

Katçer aldığı qərarın ağıllı olmadığının fərqinə vardığını söyləyib:

"Biletim vardı, amma sonra onu satmalı oldum. Kosmosa getmək ailəm üçün ağıllı qərar deyildi. Nəticədə azyaşlı övladlarım var".

Bütün bunlara baxmayaraq aktyor ömrünün bir mərhələsində kosmosa səyahət edəcəyini vurğulayıb.

Qeyd edək ki, 2015-ci ildə evlənən cütlüyün Vyat İzabel adlı qızı və Dimitri Portvud adlı oğlu var.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.