Şou-biznes

Samir Bağırov yenə qayıdır - FOTO

7 İyul 2021 16:30
1 Şərh     Baxış: 1 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun illərdir şou-biznesdən uzaqlaşan müğənni Samir Bağırov yenidən qayıtma qərarı alıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, tez-tez qayıdacağını deyib, bir mahnı təqdim edən və qısa vaxtdan sonra yenidən görünməyən ifaçı obyektiv qarşısına keçib.

Samir ilk olaraq fərqli tərzdə fotosessiya etdirib. Sənətçi yeni mahnı və klip hazırlıqlarına da başlayıb.

Qeyd edək ki, S.Bağırov 2007-ci ildə sənətdən getdiyini açıqlamışdı. 2010-cu ildə o, yenidən qayıdaraq, "Son yarpaq" adlı mahnı təqdim edib. Yenidən səhnədən gedən Bağırov 2017-ci ildə qayıdaraq Aygün Kazımova ilə duet təqdim edib. Onun sonuncu çıxışı da bu olub. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.