Şou-biznes

"Arıqladıqdan sonra teatrdakı rollarımı itirdim"

2 İyul 2021 03:40
1 Şərh     Baxış: 2 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Plastik əməliyyatla arıqlayan Əməkdar artist Nahidə Orucova arıqladıqdan sonra rollarını itirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu haqda "6/8 axşam şousu" proqramında danışıb. O, aparıcı Mətanət Əliverdiyevanın "Arıqladıqdan sonra film, seriallara dəvət alırdın" sualına belə cavab verib:

"İndi bir az kökəlmişəm, çox arıqlamışdım. Arıqladıqdan sonra filmlərə, seriallara dəvət almadım. Teatrda elə obrazlar oldu ki, imicimə görə onu itirdim. Amma mənə elə gəldi ki, yeni imiclə özümü tapdım".

Qeyd edək ki, N.Orucova səhhətində yaranan problemlərə görə arıqlamalı olub. O, mədəkiçiltmə əməliyyatı etdirərək 60 kiloqram çəki atmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.