Şou-biznes

"Əksər hallarda həftəyə bir kişi dəyişənlər xına mərasimini idarə edirlər"

30 İyun 2021 03:40
Baxış: 2 096
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Görmüşük ki, xına gecəsini ağıllı, ailəli, oğul-qız sahibi olanlar aparır. Bakıda əksər hallarda heç evində olmayanlar, ailədən xəbərsiz, həftəyə bir kişi dəyişənlər xına mərasimini idarə edirlər"

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, bu sözləri İnstaqram profilində aktyor Sərxan Kərəmoğlu yazıb. O, fikirlərinə bunları da əlavə edib:

"Qızına xına gecəsi edirsən. Adət-ənənəyə əməl etməlisən. Dul və ya sonsuz  qadının yengə getdiyini görmüsünüz? Elimizin adət-ənənəsi var.  Xınayaxdı tarixən müqəddəs bir məclis olub və onu korlamamalıyıq. Bəli, razıyam, bu tədbirdə kişilər olmur. Lakin biz çıxış edirik. Bəyi çağırırıq və onunla bərabər məclisə daxil oluruq. Oğlanın dostları da gəlir ki, gənclərimiz bir-birilərinin boyunu görsünlər. Adətlərimizi hansısa zəif nöqtələrə qurban verməyək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.