Şou-biznes

Qalmaqallarına görə Tolikin verilişi bağlandı, indi isə... - "Onu it yerinə qoymuşam"

21 İyun 2021 12:19
Baxış: 2 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elza Seyidcahan qalmaqalda olduğu müğənni Mətanət Əsədova barədə danışıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  bəstəkar-müğənni "ATV maqazin onlarla" verilişində Mətanət barədə bu sözləri deyib: 

"Azərbaycanın gözəl səsli müğənnisidir. Çoxlu mənfiləri var. Amma onları demərəm. Mən efirdə ona nəsə demişəmsə, tərifləmişəm. Tərifimi çeviriblər, deyiblər ki, bizə pis söz deyir. Halbu ki, onu qaldırıb qoymuşam at yerində. İçimdən tərifləmişəm. O sözdən sonra atdan yuxarıda da otura bilərdi. İnsan dalaşanda bir-birini tanıyır. Yaxşı ki, mən savaşdım, tanıdım. Onun səsi var, amma mahnıları, repertuarı yoxdur".

Qeyd edək ki, M.Əsədova ilə E.Seyidcahan qalmaqalına görə prodüser Tolikin "Xəzər TV"-də aparıcılıq etdiyi "Hər şey daxil" verilişi bağlanmışdı. Mətanət efirdə olan zaman Elza efirə zəng etmiş və aralarında qalmaqal yaşanmışdı. Qalmaqal həmin verilişin bağlanmasına səbəb olmuşdu. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.