Şou-biznes

Xalq artistinin ailəsi niyə dağılıb?: "Amma heç vaxt peşman olmadım..."

5 İyun 2021 23:56
Baxış: 6 389
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Gülyaz Məmmədova ailəsinin dağılma səbəbindən danışıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Zaurla Günaydın" proqramında qonaq olan müğənni sənətdən çox ailəyə önəm verdiyi söyləyib:

"Mənim üçün əsas ailədir. Ailəli olanda 3 il sənətdən getdim. Bizim ayrılığımıza sənət səbəb olmadı. Xasiyyətinə görə ayrıldıq. Ərə gedəndə 23 yaşım var idi. Amma heç vaxt sənəti atmağıma peşman olmadım".

"Oğlunu niyə evləndirmir" sualına Xalq artisti "İstəyirəm. "Arşın mal alan"dakı kimi axtarışa çıxmışam. Namizədim var, gözaltı etmişəm. Elə ikimizin də seçimidir", - deyə cavab verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.