Şou-biznes

"Nə deyim? Ayıb olsun"

5 İyun 2021 09:42
Baxış: 2 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İpək Ere təcavüz iddiası ilə təqsirləndirilən və 12 ildən çox azadlıqdan məhrum edilməsi tələb edilən Musa Orhanın sərbəst buraxılmasından sonra aktrisa Ezgi Mola Tvitter hesabında etdiyi paylaşıma görə məhkəməlik olmuşdu.

Milli.Az big.az-a istinadən xəbər verir ki, M.Orhanın vəkili E.Molanın "Təcavüzçü şərəfsizi sərbəst buraxan vicdanınızda boğulun. Artıq qanun, xahiş, ümid, istək, dua hər şeyi əlimizdən aldınız. Nə deyim? Ayıb olsun" sözlərinə görə 2 il 4 aya qədər həbs edilməsini və ya üzr istəməsini tələb etmişdi.

Aktrisa üzr istəyini rədd edib. Onun bu addımı sosial şəbəkədə alqışla qarşılanıb.

Qeyd edək ki, sosial şəbəkələrdə "Ezgi Mola Yalnız Değildir" həştəqi ilə aktrisaya dəstək olan 16 məşhur sima da məhkəməlik olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.