Şou-biznes

"Bu dueti Xudayara hədiyyə etmək istəyirdim"

3 İyun 2021 19:24
Baxış: 1 028
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Abbas Bağırov şəhid Xudayar Yusifzadə ilə hazırladığı virtual duetdən bəhs edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Gün ortası" verilişində bu haqda danışıb. O bildirib ki, dueti Xudayar sağ olanda hazırlayıb:

"Müharibə vaxtı dostum video göndərdi ki, bax gör necə gözəl oxuyur? Dedim, yəqin xanəndədir. Göndərdim aranjimançıya ki, bunu düzəlt, əsgərimizə hədiyyə edəcəm. Bir bənd oxumuşdu, ikincini özüm oxudum. Gedirdim, studiyaya mahnını oxumağa. Mesaj gəldi ki, Xudayar şəhid olub. Yaşadığım anı sizə izah edə bilmərəm. Bir neçə gündən sonra özümdə güc topladım və dedim, bu səs yaşamalıdır. Beləcə dueti hazırladım. Amma çətinliklə. Gedirdim studiyaya oxuya bilmirdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.