Şou-biznes

Xalq artisti də Azərbaycanın "Eurovision"dakı nəticəsini tənqid etdi

26 May 2021 14:24
Baxış: 2 152
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Tünzalə Ağayeva "Eurovision 2021" mahnı müsabiqəsinin nəticələri ilə bağlı fikrini bölüşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  bu haqda müğənni sosial şəbəkədə yazıb. Rotterdamda keçirilən müsabiqədə 65 xalla 20-ci yeri tutan Samirə Əfəndinin düzgün komanda ilə işləmədiyini vurğulayan Ağayeva mahnı seçiminin yanlış olduğun vurğulayıb:

"Yəqin artıq vaxtı çatıb ki, biz qərarları özümüz verək, xaricilər yox. Bundan sonra mahnı, obraz, bir çox şeylərin seçimində söz üstünlüyü bizdə olmalıdır. Ümumiyyətlə, Azərbaycan təmsilçisinin başdan-ayağa hər şeyini, səhnəsini, səhnə geyimini, mahnı xarakterini, nə oxuyacağını özümüz seçməliyik. Mən başa düşürəm, dünya təcrübəsi, "Eurovision"un istiqaməti və sair... Amma yəqin ki, nəticə də bizə bir siqnal oldu. Biz bir az istiqaməti dəyişməliyik. Biz tükənməmişik, sabaha çox güclü, enerjili və hər zaman ümidliyik. Bütün ölkələrə hörmətlə yanaşaraq, özümüzün heç kimdən əskik olmayan, daha da üstün olan potensialımızı göstərək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.